Sabah bu marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcək 

Bu barədə "Ölkə.az" a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, 15.09.2021-ci il tarixində səhər saat 9:00-dan mərasim tam başa çatanadək şəhərin qeyd olunan istiqamətlərində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti müvəqqəti olaraq digər avtomobillərin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

1-ci istiqamət: Şəhidlər xiyabanı- “İçərişəhər” m/st-İstiqlaliyyət küçəsi-Qala Qapısı - Azneft dairəsi - Bəhram Gur heykəli. Bu istiqamət üzrə dəyişdiriləcək xətlər-3, 5, 6, 10, 18, 31, 37, 39, 53, 65, 88, 125 və 127 nömrəli marşrutlar.

2-ci istiqamət: S.Vurğun bağı - Bülbül pr.- Neftçilər pr. - Azadlıq pr. Bu istiqamət üzrə dəyişdiriləcək xətlər-2, 4, 5, 10, 18, 32, 46, 49, 88, 125, 127 və 175 nömrəli marşrutlar.

Mənbə:
0
2357
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar