Avropa Komissiyası “yaşıl” istiqrazlar buraxıb

Avropa Komissiyası “yaşıl” iqtiqrazların 12 milyard avroluq ilk emissiyasını həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti açıqlama yayıb.

Məlumata görə, müddəti 2037-ci ilin 4 fevral tarixində başa çatacaq istiqrazlar üçün verilən ərizələrin məcmu həcmi 135 milyard avrodan artıqdır. 2026-cı ilin sonunadək buraxılacaq yeni istiqrazların həcmi 250 milyard avro təşkil edəcək ki, bu da Avropa İttifaqının ən böyük “yaşıl” istiqraz emitenti olması deməkdir.

Qeyd edək ki, “yaşıl” istiqrazlar vasitəsilə cəlb olunan maliyyə vəsaitləri yalnız “yaşıl” layihələrə sərf edilməlidir, bu layihələrin ətraf mühitə təsiri barədə Avropa Komissiyası hesabat verəcək.

Bu ilin iyul ayında Avropa Komissiyası tərəfindən iqlim dəyişikliyinə qarşı dayanıqlı inkişaf strategiyası, Avropa “yaşıl” istiqrazlar standartı təqdim edilib.

Mənbə:
0
117
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar