"Qarabağ" UEFA ÇL-də ilk oyununa çıxır - VİDEO

Daha bir təmsilçimiz Qarabağ da UEFA ÇL-da ilk oyununu İsrailin "Aşdod" klubu ilə keçirəcək.

Oyundan qabaq keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Qarabağın baş məşqçisi Qurban Qurbanov bildirib ki, komandanın hazırlığı yaxşıdır. Mütəxəssis həmçinin rəqibi bacardıqları qədər təhlil etdiklərini sözlərinə əlavə edib.

Daha sonra komandalar oyunun keçiriləcəyi arenada məşqə çıxıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq.

Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.

REAL

 

0
70
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar